Vahid miqrasiya məlumat sistemi “Elektron icra” informasiya sisteminə inteqrasiya ediləcək

Vahid miqrasiya məlumat sistemi “Elektron icra” informasiya sisteminə inteqrasiya ediləcək
# 28 noyabr 2020 11:15 (UTC +04:00)

Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”də dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, vahid miqrasiya məlumat sistemi “Elektron icra” informasiya sisteminə inteqrasiya ediləcək.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi vahid miqrasiya məlumat sisteminin “Elektron icra” informasiya sisteminə inteqrasiyasını təmin etməlidir.

Qərar bu gündən – noyabrın 28-dən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR