Vaqif Əsədov: "Karantin rejiminin yumşaldılması yollarda sıxlığa səbəb olub"

Vaqif Əsədov: "Karantin rejiminin yumşaldılması yollarda sıxlığa səbəb olub"
# 01 fevral 2021 15:23 (UTC +04:00)

"Bu gündən etibarən bəzi iş və xidmət sahələrinin, o cümlədən məktəblərdə tədrisin bərpa olunması şəhər yollarında yenidən sıxlığa səbəb olub".

Bunu APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə yumuşalmalara gedilməsi paytaxda nəqliyyat vasitələrinin hərəkətində intensivliyin yüksəlməsinə gətirib çıxarıb:

“Bu gün, xüsusilə paytaxtın “20 Yanvar”, “Şamaxinka”, “Tbilisi prospekti” və “Şimal qapısı” adlanan ərazilərindən mərkəzə doğru güclü sıxlıq müşahidə olunub.

Rəsmi statistikaya görə, hər 4 avtomobildən biri sözügedən ərazilərdə ən azı bir dəqiqə saxlayaraq sərnişinlərin düşməsini gözləyir. Bundan başqa, vətəndaşların piyada keçidlərindən istifadə etməməsi də yollarda sıxlıq yaradan səbəblərdəndir.”

Qrum rəsmisi, həmçinin məktəblərin açılmasl ilə bağlı valideynlərə müraciət edərək tədris müssələrinin qarşısında sıxlıq yaratmamağa çağırıb:

“Bəzi valideynlər avtomobili uyğunsuz yerdə saxlayaraq süni sıxlığın yaranmasına şərait yaradırlar. Aparılan müşahidələr onu göstərir ki, bir sürücünün yolun hərəkət hissəsində və yaxud ikinci cərgədə icazə verilməyən sahədə 30 saniyə dayanması bir istiqamətli iki hərəkət zolağı olan yolda daralmaya və 60-a yaxın sürücünün 5-7 dəqiqə ünvana gecikməsinə səbəb olur. Dayanma-durma qaydalarına əməl edilməsi bu gün ən prioritet məsələlərdən biridir. Buna görə də, bütün valideynlərdən bir daha xahiş edirik ki, tədris müəssələrinin yaxınlığında dayanma-durma qaydalarına əməl etsinlər.”

Vaqif Əsədov son olaraq qeyd edib ki, bu gün yol polisi tərəfindən sıxlıq müşahidə olunan ərazilərdə hərəkətin davamlı tənzimlənməsi üçün işlər görülüb. Bütün bu işlər yol polisi və digər polislər tərəfindən davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR