Vaxtından əvvəl doğulan uşaqların reanimasiyası təşkil ediləcək

Vaxtından əvvəl doğulan uşaqların reanimasiyası təşkil ediləcək
# 27 noyabr 2020 15:57 (UTC +04:00)

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2021–2023-cü illərdə ölkə ərazisində antenatal yardım, doğuşayardım xidmətləri göstərən tibb müəssisələri şəbəkəsinin genişləndirilməsi, eləcə də onların zəruri tibbi avadanlıqla, dərman və tibbi ləvazimatla təchiz olunması üçün tədbirlər görülməsi, müasir metodların tətbiqi ilə yenidoğulanların, vaxtından əvvəl doğulan uşaqların reanimasiyasının təşkil edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Həmçinin Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mütəmadi olaraq uşaq ölümünün azaldılması, qarşısının alınması və evdə doğuşların riskinin əsaslandırılması məqsədilə hərtərəfli tədqiqatlar aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR