Vəfa Yaqublu: “Təhsil işçilərinin 55%-i artıq peyvənd olunub”

Vəfa Yaqublu: “Təhsil işçilərinin 55%-i artıq peyvənd olunub”
# 01 aprel 2021 17:08 (UTC +04:00)

“Biz iki dəfə cəhd elədik, qismən hibrid formada da olsa əyani təhsilə qayıtdıq. Lakin çox sadə özünüqoruma vasitələrindən istifadə etməməyimiz bizdə vəziyyəti gərginləşdirdi”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, özünüqoruma vasitələri hamının bildiyi məsafə saxlamaq, maska taxmaq, əlləri tez-tez yumaq qaydasıdır: “Biz bunu həm şagirdlərə, həm də ümumilikdə cəmiyyətə təlqin etməliyik”.

V. Yaqublu onu da deyib ki, martın 1-dən təhsil işçilərinin vaksinasiyasına başlanılıb: “55 faiz əməkdaş artıq peyvənd olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR