Vilayət Eyvazov Daxili Qoşunların şəhid olan çavuşunun vida mərasiminə qatılıb

Vilayət Eyvazov Daxili Qoşunların şəhid olan çavuşunun vida mərasiminə qatılıb
# 21 yanvar 2021 17:36 (UTC +04:00)

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən yaralanan Daxili Qoşunların hərbi qulluqçusu bu gün vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralanaraq, tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o bu gün şəhid olub.

Şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR