“Virtual məktəb”də yaxın zamanlarda Azərbaycan dili istifadəyə veriləcək

“Virtual məktəb”də yaxın zamanlarda Azərbaycan dili istifadəyə veriləcək
# 27 avqust 2020 18:54 (UTC +04:00)

“Virtual məktəb” platforması “Microsoft Teams” üzərindən qurulub.

APA-nın məlumatına görə, bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib.

Onun sözlərinə görə, bu, “Microsoft” şirkətinin məhsulu olduğundan bütün dillər hələ ki, təmsil olunmayıb: “Amma bu istiqamətdə layihə başlayandan məsələni qaldırmışıq. “Microsoft” şirkəti ilə bütün proqram təminatını hazırda tərcümə etdiririk. Bu, bir az vaxt tələb edir. Düşünürük ki, yaxın zamanlarda burada Azərbaycan dili də istifadəyə veriləcək, çünki bunu geniş istifadə edən ölkələrdən biriyik. Bu istiqamətdə də əməkdaşlığımızı davam etdiririk. Bundan başqa, hazırkı sistemlə bağlı qeyd edim ki, yay aylarında təxminən 30 minə yaxın təhsilverən üçün proqram təminatından istifadə ilə bağlı təlimlər keçirilib. Proqramdan istifadə kifayət qədər genişlənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR