Vətən müharibəsi qazisi kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib

Vətən müharibəsi qazisi kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib
# 21 yanvar 2021 10:13 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları İkinci Qarabağ müharibəsində yaralanmış hərbi qulluqçu Abdullayev Kamran Kamil oğlunu (Beyləqan rayonu) ziyarət edib, ailəsinin sosial vəziyyətini öyrəniblər.

Nazirlikdən APA-ya bildirilib ki, qazi özü müddətdən artıq xidmətdə olan hərbi qulluqçu kimi fəaliyyət göstərib. Anası işləyir, nənəsi pensiyaçıdır, qazinin həyat yoldaşı isə azyaşlı uşaqlarına baxır.

Kamranın əlilliyi yaxın günlərdə qiymətləndiriləcək və əlillik təyin olunduğu halda birdəfəlik sığorta ödənişi, aylıq təqaüd və müavinətlə, reabilitasiya xidmətləri ilə təmin ediləcək. Bu barədə ona məlumat verilib.

İstəyi nəzərə alınmaqla K.Abdullayev poliqrafiya üzrə kiçik biznesini qurması üçün özünüməşğulluq proqramına cəlb edilib. Bununla bağlı sənədləşdirimə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR