Vətən müharibəsi qazisinə Prezident təqaüdü kartı təqdim olunub

Vətən müharibəsi qazisinə Prezident təqaüdü kartı təqdim olunub
  • Clock-gray 10:09
  • calendar-gray 16 Mart 2021

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Vətən müharibəsi qazisi qəhrəmanlarımızdan biri, hərbi qulluqçu Əmirli Fərahim Fərman oğlunun evində olub. Fərahim Əmirlinin ailəsinin sosial vəziyyəti öyrənilib. 

Fondun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili APA-ya bildirib ki, o, Füzuli istiqamətində gedən döyüşlərdə əsgər yoldaşını ərazidən çıxararkən minaya düşərək, sol ayağının dizdən aşağı hissəsini itirib. Fərahim Əmirliyə Prezident təqaüdü kartı təqdim olunub.

Ailəyə Vətən müharibəsi iştirakçıları, qazi və şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı bildirilib.

Qeyd edək ki, Fərahim Əmirli "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", eləcə də "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

Günay Elşadqızı

Digər xəbərlər