Vətəndaşlar evdən çıxmaq üçün SMS xidmətindən gündə bir dəfə istifadə edə bilər

Vətəndaşlar evdən çıxmaq üçün SMS xidmətindən gündə bir dəfə istifadə edə bilər
# 06 aprel 2020 10:54 (UTC +04:00)

Evdən çıxmaq istəyən vətəndaşlar SMS-lə 8103 qısa nömrəsinə yazaraq icazə əldə etmək xidmətindən gündə bir dəfə istifadə edə bilər.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctiamiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

O, eyni zamanda qeyd edib ki, icazə SMS-i gəldikdən sonra bunu təxirə salmaq olmaz: "Yəni, icazədən yalnız SMS üçün cavab gəldikdən sonrakı 2 saat ərzində istifadə etmək olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR