Vətəndaşların ərzaq və digər gündəlik tələbat mallarını necə alacağı müəyyənləşib

Vətəndaşların ərzaq və digər gündəlik tələbat mallarını necə alacağı müəyyənləşib
# 08 dekabr 2020 15:28 (UTC +04:00)

Bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların ərzaq və digər gündəlik tələbat mallarını və dərman vasitələrini necə alacağı müəyyənləşib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, vətəndaşlar SMS-icazə sistemi ilə ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün istifadə edəcək.

Məlumatda qeyd edilib ki, icazə 3 saat müddətinə gündə 1 dəfə veriləcək. Dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR