Vüsal Hüseynov: “Qanunsuz miqrantların saxlanma mərkəzində koronavirusa yoluxma qeydə alınmayıb”

Vüsal Hüseynov: “Qanunsuz miqrantların saxlanma mərkəzində koronavirusa yoluxma qeydə alınmayıb”
# 14 yanvar 2021 11:12 (UTC +04:00)

"Ötən il qanunsuz miqrasiyaya qarşı görülmüş tədbirlərdə 51 faiz azalma olub. Bu rəqəm 2019-cu ildə 14834 olubsa, 2020-ci ildə 7317-yə düşüb”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirmədə 73 faiz azalma olub - 2019-cu ildə 1237, 2020-ci ildə 332 nəfər.

“Saxlama mərkəzi qapalı yer olduğundan bütün gigiyena tədbirləri görülüb, heç bir saxlanılan şəxsdə koronavirusa yoluxma qeydə alınmayıb”, - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR