WEF: Azərbaycan abituriyentlərin gender bərabərliyinə görə dünya lideridir - CƏDVƏL

WEF: Azərbaycan abituriyentlərin gender bərabərliyinə görə dünya lideridir - CƏDVƏL
# 01 aprel 2021 16:55 (UTC +04:00)

Dünya İqtisadi Forumunun ("World Economic Forum" – WEF) tərtib etdiyi 2021-ci il "Global Gender Gap Index" reytinqində Azərbaycan 6 pillə geriləyərək 0,688 bənd ilə 156 ölkə arasında 100-cü mövqedə qərarlaşıb.

"APA-Economics"in WEF-ə istinadən verdiyi məlumata görə, "gender gap" (gender boşluğu) – qadınlar və kişilərin nə dərəcədə bərabər olduğunun səviyyəsini müxtəlif (təhsil, səhiyyə və ömür uzunluğu, iqtisadiyyat və karyera, eləcə də siyasi hüquqlar) amillərə əsaslanaraq qiymətləndirilir.

Sözügedən amillərə üzrə ölkələri ayrıca qiymətləndirən WEF, bu göstəricilər üzrə də ölkələrin reytinqlərini tərtib edib. Hər iki cinsin ölkə iqtisadiyyatında bərabər şəkildə iştirakına və təklif olunan imkanlara görə Azərbaycan 0,748 bəndlə dünyada 36-cı yerdədir və İsveçrə (39-cu), Böyük Britaniya (55-ci), Almaniya (62-ci) və Lüksemburq (75-ci) kimi ölkələri qabaqlayır. Sözügedən göstəricinin meyarlarından olan eyni iş üçün əməkhaqqı bərabərliyinə görə isə Azərbaycan dünyada 17-cidir.

Təhsil səviyyəsinin cinslər arasında bərabər səviyyədə yayılmasına görə, ölkə 0,996 bəndlə 62-ci yerdə qərarlaşıb. Qeyd edilir ki, ali məktəblərə qəbul nisbətində Azərbaycanda gender boşluğu müşahidə olunmur və bu göstəriciyə üzrə ölkə dünyada birincidir.

Genderlərin bərabər nisbətdə sağlamlıq və doğuş sonrası sağ qalmasına görə Azərbaycan 154-cü yerdə qərarlaşıb. Ölkə siyasətində genderlərin bərabər şəkildə iştirakına və təklif olunan imkanlar üzrə Azərbaycan 0,069 bənd ilə 141-ci yerdədir. Bunun əsas səbəblərindən biri kimi, ölkədə ümumiyyətlə qadın nazirlərin olmaması göstərilir.

Qeyd edək ki, "Global Gender Gap Index" reytinqində birinci pillədə 0,892 bəndlə İslandiya qərarlaşıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 0,861 və 0,849 bənd ilə Finlandiya və Norveç bölüşür. İqtisadiyyatda gender boşluğunun reytinqində birinci pillədə Laos, ikinci Baham adaları, üçüncü isə Burundi olub. Təhsil indeksinin reytinqində isə maksimal 1 bənd göstərici ilə 26 ölkə – Argentina, Avstraliya, Avstriya, Baham adaları, Belçika, Botsvana, Kanada, Kolumbiya, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Honduras, İsrail, Yamayka, Latviya, Lesoto, Lüksemburq, Maldiv adaları, Malta, Niderland, Yeni Zelandiya, Nikaraqua, Rusiya və Slovakiya birinci pilləni bölüşürlər.

Bundan əlavə, siyasi imkanlar reytinqində birinci pillədə 0,760 bəndlə İslandiya, ikinci Finlandiya (0,669 bənd), üçüncü isə Norveç (0,640 bənd) olub.

"Global Gender Gap Index 2021" renkinqi TOP-10:

#

Ölkə

Göstərici, bənd

2020-ci ildəki mövqe

1

İslandiya

0,892

1

2

Finlandiya

0,861

3

3

Norveç

0,849

2

4

Yeni Zelandiya

0,840

6

5

İsveç

0,823

4

6

Namibiya

0,809

12

7

Ruanda

0,805

9

8

Litva

0,804

33

9

İsveçrə

0,800

7

10

İslandiya

0,798

18

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR