XI sinif şagirdlərinin onlayn Azərbaycan dili imtahanının sınaq versiyası hazırlanıb

XI sinif şagirdlərinin onlayn Azərbaycan dili imtahanının sınaq versiyası hazırlanıb
# 04 iyun 2020 11:43 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün hazırlanan "ProctorDİM" adlı xüsusi proqram təminatını test etmək məqsədilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanının sınaq versiyası hazırlanıb.

DİM-dən APA-ya verilən məlumata görə, onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişsizdir.

Qeydiyyat 4 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 5-də saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilməsi nəzərdə tutulur. Hər seansda hələlik 100 istifadəçinin iştirakı planlaşdırılır.

Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi “ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır -(https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

Kompüterdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış olmaq mümkündür - (https://eservices.dim.gov.az/elimt/BurSinaq/SystemReqiurements).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR