Xaçmaz RİH-də Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinə müdir təyin olunub

Xaçmaz RİH-də Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinə müdir təyin olunub
# 16 fevral 2021 12:35 (UTC +04:00)

Prezident İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən, rayonların İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılır.

Artıq Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında da Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb.

Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, şöbəyə müdir və böyük məsləhətçi vəzifələrinə təyinatlar olub.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrləri ilə Fərzəliyev Vüqar Yadigar oğlu şöbə müdiri, Ağayev Elşən Xanağa oğlu böyük məsləhətçi vəzifəsinə təyin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR