Xaçmaz Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılıb - FOTO

Xaçmaz Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılıb - FOTO
# 19 yanvar 2021 17:02 (UTC +04:00)

Xaçmaz Şəhidlər Xiyabanında əsaslı təmir-tikinti və yenidənqurma işləri yekunlaşıb.

Bu barədə APA-ya Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə ərazisi 3000 m2 olan xiyabanda 700 m2-ə yaxın yeni yaşıllıq qazon salınıb, 1500 m2 keyfiyyətli beton tavalar (tamet daşları) döşənib. Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Şahbazovun büstü qoyulub, I Qarabağ müharibəsində şəhid olmuş 226 nəfərin, II Qarabağ müharibəsində şəhid olmuş 48 nəfərin və 20 yanvar 1990-cı ildə şəhid olmuş 1 nəfərin xatirə lövhələri yenidən yüksək keyfiyyətlə hazırlanıb.

Şəhidlər Xiyabanın giriş hissəsində Şəhidlərimizin ölməz ruhunun ucalığını əks etdirən ay – ulduzlu 17 m hündürlükdə rəmzi abidə ucaldılıb. Ərazinin işıqlandırılması üçün 8 ədəd işıq dirəkləri, 140 p/m beton bordürlər qoyulub.

Bundan əlavə ərazidə nəzarətçilər üçün 2 ədəd nəzarət otağı inşa edilib. Xiyabana qalxan pilləkənlər və rəmzi abidənin önünə mərmər lövhələr düzülüb.

Ərazidə 1600 m2 yaxın yüksək keyfiyyətli mərmərdən istifadə olunub. Belə ki, xatirə lövhələrinin yerləşdiyi istinad divarları, qazonların ətrafları, bordürlərin üzəri, işıq dirəklərinin oturacaqları yüksək keyfiyyətli mərmərlə üzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR