Xankəndi şəhəri də yeni yaradılan Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil edilib

Xankəndi şəhəri də yeni yaradılan Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil edilib
# 03 dekabr 2020 12:33 (UTC +04:00)

“Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonları daxildir”.

APA xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov deyib.

O qeyd edib ki, idarənin bütün strukturlar üzrə fəaliyyətinin təşkili üçün zəruri addımlar atılır: “Hazırda bizim üzərimizdə duran əsas məsələ işğaldan azad edilən torpaqlarımızda ədliyyə qurumlarının işinin komplektləşməsidir. Biz artıq tədbirlər planı müəyyənləşdiririk. Plana uyğun olaraq işimizi qurmuşuq və davam etdiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR