Xaricdə təhsil almaq hüququ qazanan tələbələrin sayı açıqlanıb

Xaricdə təhsil almaq hüququ qazanan tələbələrin sayı açıqlanıb
# 03 yanvar 2021 22:48 (UTC +04:00)

2020-2021-ci tədris ilində 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, 2020-2021-ci tədris ilində Hökumətlərarası təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 3, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququndan yararlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR