Xaricdən Azərbaycana könüllü qayıtmış şəxslərə avtomobil almaları üçün yardım edilib

Xaricdən Azərbaycana könüllü qayıtmış şəxslərə avtomobil almaları üçün yardım edilib
# 29 yanvar 2020 10:43 (UTC +04:00)

BMqT-nin Azərbaycandakı nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxsləri reinteqrasiya yardımı ilə təmin edib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya bildirilib ki, layihə çərçivəsində könüllü qayıtmış şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR