Xarici dillər üzrə doktorantura və dissertanturaya, həmçinin Azərbaycan dili üzrə fəlsəfə doktorluğuna imtahan verənlərin sayı açıqlanıb

Xarici dillər üzrə doktorantura və dissertanturaya, həmçinin Azərbaycan dili üzrə fəlsəfə doktorluğuna imtahan verənlərin sayı açıqlanıb
# 20 fevral 2021 20:25 (UTC +04:00)

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul, xarici dillər və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, imtahanlarda 1444 namizəd (1244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib.

Ümumilikdə 96 nəfər imtahana gəlməyib. 2 nəfər imtahandan xaric olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR