Xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənəd qəbulu və ekspertiza üzrə xidməthaqqı müəyyənləşib

Xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənəd qəbulu və ekspertiza üzrə xidməthaqqı müəyyənləşib
  • Clock-gray 19:02
  • calendar-gray 25 Dekabr 2020

Baş nazir Əli Əsədov “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə qərar imzalayıb.

APA-nın məlumatına görə, qərara əsasən, xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üzrə bir xidmətin haqqı 250 manat məbləğində, xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üçün xidmətin haqqı 20 manat məbləğində müəyyən edilib.

Firuzə Vahid

Digər xəbərlər