Xidmət rəisi: "Bakıda atmosfer havasını çirkləndirən əsas mənbələrdən biri nəqliyyatdır"

Xidmət rəisi: "Bakıda atmosfer havasını çirkləndirən əsas mənbələrdən biri nəqliyyatdır"
# 08 yanvar 2021 16:28 (UTC +04:00)

“Bakı şəhərində atmosfer havasını çirkləndirən əsas mənbələrdən biri nəqliyyatdır”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, təbii olaraq, nəqliyyat daha sıx olan ərazilərdə atmosfer havası üzərində çirklənmə dərəcəsi digər rayonlarla müqayisədə bir qədər yüksəkdir:

“Bu ərazilər hamımız üçün bəllidir. ETSN və ümumiyyətlə dövlət tərəfindən bu sahədə müəyyən tədbirlər görülür. Nəqliyyatda istifadə olunan yanacaqların keyfiyyətli olması, köhnə avtomobillərin istifadəsinin məhdudlaşdırılması kimi tədbirlərin görülməsi vəziyyətin yaxşılaşdırılmasına şərait yarada bilər”.

Xidmət rəisi həmçinin deyib ki, 5 ilin təhlilinə əsasən, bu il yanvar ayında havanın çirklənməsi ötən dövrlə müqayisədə təxminən 30 faizədək yaxşılaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR