Xidmət rəisi: "Hazırda havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir"

Xidmət rəisi: "Hazırda havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir"
# 08 yanvar 2021 17:04 (UTC +04:00)

“Yanvar ayının ilk günlərindən hava çox xoş keçir, mülayimdir. Külək müşahidə olunmur”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir: “Yaxın günlər ərzində hava şəraitində mühüm dəyişiklik gözləmirik. Havanın temperaturu kiçik müsbət fərqlə norma daxilində tərəddüd edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR