Xınalığa 16 sm hündürlükdə qar yağıb - VİDEO

Xınalığa 16 sm hündürlükdə qar yağıb - VİDEO
# 30 noyabr 2020 10:02 (UTC +04:00)

Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərinə qar yağır.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qarın hündürlüyü Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr olub. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə yaxın qar yağıb. Dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR