Xınalığa leysan yağıb - FAKTİKİ HAVA

Xınalığa leysan yağıb - FAKTİKİ HAVA
# 14 iyul 2020 17:54 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən APA-ya verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidalandıran sol qolda saat 14:25-dən başlanan leysan yağış nəticəsində bir saat ərzində 23,6 mm yağıntı düşüb.

Qudyal çayın mənsəbinə yaxın yerdə suyun səviyyəsinin hazırda yüksəlməsi davam edir. Mənsəbdən 7-8 km yuxarıda, Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR