Xızıda Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edilib - FOTO

Xızıda Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edilib - FOTO
# 31 dekabr 2020 14:13 (UTC +04:00)

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, şöbə əməkdaşları torpaqlarımızın azadlığı uğrunda mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə baş çəkərək, onlara dərin ehtiramlarını bildiriblər, qayğıları ilə maraqlanıblar.

Görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qəhrəman oğullarımızın sərgilədikləri igidlik salnamələrindən danışılıb, ailələrə sovqatları təqdim edilib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə və polis əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR