Xızıda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb

Xızıda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb
# 12 aprel 2021 12:21 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Qiyas Məmmədtağı oğluna məxsus “Kafe Yaşma” ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhkükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi məlum olub. Kafedə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, xammalların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Eyni zamanda kafedə çalışan işçilərin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırlması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR