Xocavənd rayonu ərazisində təhlükəsizlik tədbirləri gücləndirilir

Xocavənd rayonu ərazisində təhlükəsizlik tədbirləri gücləndirilir
# 17 dekabr 2020 13:16 (UTC +04:00)

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Xocavənd rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Rayonun ərazisində xidməti postlar qurulub və təhlükəsizliyə tam olaraq nəzarət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR