Cəbrayıl rayonu ərazisində İran İslam Respublikası ilə həmsərhəd Araz çayı üzərində tikilmiş ümumi sututumu 1,6 milrd. kubmetr olan Xudafərin su anbarının idarə olunmasında Azərbaycan Respublikasının iştirakı təmin edilib.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, nəticədə təxminən 250,0 min hektar torpaq sahəsinin su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına və elektrik enerjisi istehsalına şərait yaranacaq.