Xüsusi karantin rejimi sərtləşdirilmiş ərazilərdə dəfndə iştirak etmək istəyənlər DİN-dən icazə almalıdır

Xüsusi karantin rejimi sərtləşdirilmiş ərazilərdə dəfndə iştirak etmək istəyənlər DİN-dən icazə almalıdır
# 21 iyun 2020 00:08 (UTC +04:00)

Bu gündən 5 iyul saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR