Xüsusi karantin rejimindən tədrici çıxışın növbəti mərhələsi elan edilib

Xüsusi karantin rejimindən tədrici çıxışın növbəti mərhələsi elan edilib
# 29 may 2020 18:06 (UTC +04:00)

“Xüsusi karantin rejimindən tədrici çıxışın növbəti mərhələsi elan edilib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bir tərəfdən karantin rejiminin müddəti iyunun 14-dək uzadılıb, digər tərəfdən isə bəzi məhdudiyyətlər yumşaldılıb: “Məqsəd insanların əmək fəaliyyətinin bərpası, eyni zamanda insanların qapalı məkanlarda toplaşmasının qarşısının alınmasıdır. Bu halda həm insanların həm sağlamlığını qoruyacaq, həm də iqtisadi fəallığı bərpa edə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR