Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə KİV-in fəaliyyətinə icazə veriləcək

Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə KİV-in fəaliyyətinə icazə veriləcək
# 08 dekabr 2020 15:48 (UTC +04:00)

Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə Kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə veriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına daxil edilib.

KİV-lərin işçilərinin fəaliyyətinə məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR