“YAŞAT” Fondu iki qazinin və iki şəhidin ailə üzvünün əməliyyat xərclərini qarşılayıb

“YAŞAT” Fondu iki qazinin və iki şəhidin ailə üzvünün əməliyyat xərclərini qarşılayıb
# 17 fevral 2021 16:34 (UTC +04:00)

"YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Fonddan APA-ya verilən məlumata görə, qazilərimiz Nazim Babayevin və Heydər Qurbanovun, şəhidimiz Ağaəli Yusifovun atası Vaqif Yusifovun, şəhidimiz Hacırza Rzayevin atası Fikrət Rzayevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR