“YAŞAT” Fondu iki şəhidin yeni doğulan övladlarına 5000 AZN-lik hesab açacaq

“YAŞAT” Fondu iki şəhidin yeni doğulan övladlarına 5000 AZN-lik hesab açacaq
  • Clock-gray 14:17
  • calendar-gray 15 Fevral 2021

“YAŞAT” Fondu tərəfindən daha 2 şəhidimizin yeni doğulan övladlarının, şəhidimiz Şəhriyar Ağamalıyevın övladı Şəhrinurun və şəhidimiz Camal İsmayılovun övladı Alparslanın  zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

Fonddan APA-ya verilən məlumata görə, bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.  Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. 

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər. 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

Günay Elşadqızı

Digər xəbərlər