“YAŞAT” Fondu qazilərin fiziki bərpa prosesi üçün xaricdən daha 5 “RGO” ortopedik cihazı gətirib - FOTO

“YAŞAT” Fondu qazilərin fiziki bərpa prosesi üçün xaricdən daha 5 “RGO” ortopedik cihazı gətirib - FOTO
# 05 fevral 2021 11:09 (UTC +04:00)

Vətən müharibəsində ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı “YAŞAT” Fondu tərəfindən tədbirlər davam etdirilir.

APA-nın məlumatına görə, ciddi fiziki travma alan qazilərin fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən daha 5 “RGO” ortopedik cihazı ölkəmizə gətirilib və artıq istifadə olunur. Bu cihaz vasitəsi ilə hərəkət məhdudiyyətli şəxslərə addım atmaq şansı yaradılır. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR