YAŞAT Fonduna ən çox müraciət mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır

YAŞAT Fonduna ən çox müraciət mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır
# 08 yanvar 2021 13:09 (UTC +04:00)

"Bu günə qədər YAŞAT Fonduna ən çox müraciət mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı olub -37.70 faiz müraciət".

APA-nın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O bildirib ki, daha sonra tibbi xərclərin ödənməsi (37,40 faiz), borc öhdəliklərinin qarşılanması (16,55 faiz), təhsil xərclərinin ödənməsi üçün (1,33 faiz) və digər xərclərdir (7,01 faiz).

Ülvi Mehdiyev qeyd edib ki, bəzən ailələrlə görüşəndə bir neçə problem qeydə alınır: "Ancaq çalışırıq ki, ən vacib problem hansıdırsa, onu qeyd edək. Məsələn, bir ailənin 5 problemi həll olunub, digərinin heç bir problemi həll olunmasa, yaxşı olmaz. 3 aydan sonra həmin ailələrlə görüşəcəyik ki, onların həmin problemi həll olunubmu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR