"YAŞAT" bir qazinin, iki şəhidin ailə üzvlərinin əməliyyat xərclərini qarşılayıb

"YAŞAT" bir qazinin, iki şəhidin ailə üzvlərinin əməliyyat xərclərini qarşılayıb
# 09 fevral 2021 10:56 (UTC +04:00)

"YAŞAT” Fondu Vətən müharibəsində yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Fonddan APA-ya verilən məlumata görə, qazi Elgün Cənnətlinin, şəhidimiz Xalid Məcdunovun anası Xalidə Məcdunovanın, şəhidimiz Rəşad Şiriyevin anası Səadət Şiriyevanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR