Yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir

Yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir
  • Clock-gray 20:14
  • calendar-gray 22 Yanvar 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayı üzrə pensiyaların ödənişi davam etdirilir. 

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. 

Onun sözlərinə görə, yanvarın 12-dən başlayaraq, əvvəlcə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, sonrakı günlərdə digər bölgələr üzrə pensiyalar ödənilib: “Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsi ilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Eyni zamanda, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərin bir qisminə yanvar ayının pensiyaları artıq ödənilib və bu istiqamət üzrə ödəniş yaxın günlərdə tam yekunlaşacaq”.

 

Günay Elşadqızı

Digər xəbərlər