Yanvar-fevral aylarında sosial təminat üzrə əhaliyə ödənilən vəsait açıqlanıb

Yanvar-fevral aylarında sosial təminat üzrə əhaliyə ödənilən vəsait açıqlanıb
# 17 mart 2021 14:40 (UTC +04:00)

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ildə də davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-fevral aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2,3 milyonadək şəxsə ödənişlər edilib.

Qeyd olunan sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 7,1% və ya 67,4 milyon manat çox olmaqla 1 milyard 21 milyon manat vəsait ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR