Yaqut Qarayeva: “Əvvəliki mutasiyalardan fərqli olaraq, "Britaniya ştammı" daha sürətlə yayılır”

Yaqut Qarayeva: “Əvvəliki mutasiyalardan fərqli olaraq, "Britaniya ştammı" daha sürətlə yayılır”
# 19 mart 2021 16:12 (UTC +04:00)

“Dünyada hazırda SARS-COV-2 virusunun 3 variantı müşahidə edilir. Bunlardan biri də Britaniya ştammıdır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, virusların hamısında mutasiyalar baş verir: “Qrip xəstəliyinə qarşı hər il yeni peyvənd istehsal olunur. Bu da qrip virusunda cürbəcür mutasiyaların baş verməsilə bağlıdır. Bu, normaldır. Bizi maraqlandıran baş verən mutasiyanın xəstəliyin gedişinə və yoluxmaya təsiridir. Britaniya ştammı daha əvvəlki mutasiyalardan fərqli olaraq, daha sürətlə yayılır. Bütün dünyada bu ştammın yayılması çox sürətlə baş verir. Ona görə də bu ştamm aşkarlanan ölkələrdə bəzi məhdudiyyətlərə gedilir. Bundan başqa, Braziliyada və Cənubi Afrikada da mutasiyalar aşkarlanıb. Onların da xəstəliyin gedişinə təsiri araşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR