Yaxın həftələr ərzində "Yüksəliş" müsabiqəsinin növbəti mərhələləri də keçirilə bilər

Yaxın həftələr ərzində "Yüksəliş" müsabiqəsinin növbəti mərhələləri də keçirilə bilər
  • Clock-gray 12:52
  • calendar-gray 06 Fevral 2021

"Operativ Qərargah tərəfindən icazə veriləcəyi halda yaxın 2-3 həftə ərzində "Yüksəliş" müsabiqəsinin növbəti mərhələləri də keçiriləcək".

APA xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin müavini, "Yüksəliş" müsabiqəsi üzrə komitənin rəhbəri Fərhad Hacıyev deyib.

O bildirib ki, bu tip imtahan ölkədə ilk dəfə keçirilir: “Ölkədə ilə dəfə olaraq bu imtahanda psixoloji testlər keçiriləcək. Psixoloji testlər nəticələrə təsir etməsə də, iştirakçıları yaxından tanımaqda yararlı olacaq".

Nazir müavini onu da qeyd edib ki, müsabiqəyə salınan sualların dəqiqliyinə tam etibar etmək olar: “İmtahanlar keçirilməmiş bütün sual blokları yoxlanılıb. Xüsusilə idarəçiliklə bağlı sualların yoxlanılması da ölkəmiz üçün yenilikdir". 

Sail Ağasəlim

Digər xəbərlər