Yaxın vaxtlarda şəhər-rayon polis idarələrində vaksinasiyaya başlanacaq

Yaxın vaxtlarda şəhər-rayon polis idarələrində vaksinasiyaya başlanacaq
# 12 fevral 2021 11:08 (UTC +04:00)

Yaxın vaxtlarda respublikanın şəhər-rayon polis idarələrində COVİD-19 əleyhinə vaksinasiyaya start veriləcək.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin tibb idarəsinin şöbə rəisi Loğman Zeynalov deyib.

O qeyd edib ki, Azərbaycanda COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi davam edir: “Arif Heydərov adına tibb hospitalı və digər klinikalar zəruri avadanlıqlarla təchiz olunub. Vaksinasiyanı aparacaq tibb işçiləri təlimlərə cəlb edilib.

Qeyd edək ki, Bakıda polis əməkdaşları arasında vaksinasiya prosesinə 6 fevral tarixindən start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR