Yetkinlik yaşına çatmayanlara energetik içkilər satanlar 100 manat cərimələnəcək

Yetkinlik yaşına çatmayanlara energetik içkilər satanlar 100 manat cərimələnəcək
# 31 mart 2020 19:48 (UTC +04:00)

Energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.

APA-nın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub. Layihə Milli Məclisdə qəbul olunacağı təqdirdə bu siyahıya energetik içkilər də daxil ediləcək.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR