Yevlax İDEA-nın “Bizim həyət” layihəsinə qoşulub

Yevlax İDEA-nın “Bizim həyət” layihəsinə qoşulub
# 20 fevral 2020 15:21 (UTC +04:00)

Əsas məqsədi həyət və məhəllələrin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması olan və İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulub.

APA xəbər verir ki, bu barədə Yevlax Şəhər İcra Hakimiyyətinin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib.

Onun sözlərinə görə, şəhərin Heydər Əliyev prospekti 10 ünvanındakı həyətdə əsaslı təmir-yenidənqurma işləri layihəsi hazırlanıb.

İctimai Birliyin köməyi ilə Malbinəsi kəndində 92 ailənin məskunlaşdığı yeni yaşayış məhəlləsinin sakinləri üçün 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib.

Eyni zamanda 6 saylı bağçada yeni, müasir layihə əsasında əsaslı təmir işlərinə başlanılıb. Müvafiq Dövlət Proqramına uyğun olaraq yaxın zaman kəsiyində rayonda 4 məktəbin yenidən tikilməsi və 4 məktəbin əsaslı təmiri planlaşdırılıb.

Bildirilib ki, bu aydan etibarən şəhərdə əsaslı təmirə ehtiyacı olan 35 yaşayış binası və qəzalı vəziyyətdə olan 15 binanın dam örtükləri mərhələli şəkildə təmir olunacaq.

“Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədi ilə ölkə başçısı tərəfindən 5 milyon manat vəsait ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR