Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələnib

Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələnib
# 19 sentyabr 2020 13:08 (UTC +04:00)

Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi xəstəxana ətrafında yaradılan antisanitariyaya görə cərimələnib.

Bu barədə APA-ya Yevlax Mənzil Kommunal İstehsalat Birliyindən bildiriblər.

Qeyd olunub ki, xəstəxana İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə cərimələnib.

Ötən gündən xəstəxananın ərazisi tullantılardan təmizlənib, oraya konteynerlər qoyulub, ərazi dezinfeksiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR