Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı: “15 yaşayış binasının dam örtüyü qəzalı vəziyyətdədir”

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı: “15 yaşayış binasının dam örtüyü qəzalı vəziyyətdədir”
# 20 fevral 2020 18:43 (UTC +04:00)

“Araşdırmalar nəticəsində müəyyən edilib ki, Yevlax şəhərində 35 ictimai yaşayış binasının dam örtüyünün əsaslı təmirinə ehtiyacı var, daha 15 yaşayış binasının dam örtüyü də qəzalı vəziyyətdədir”.

APA-nın məlumatına görə, bunu bu gün Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağında Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib.

İcra Hakimiyyətinin başçısı deyib ki, bu binalar və onların dam örtükləri mərhələli şəkildə təmir ediləcək. Onun sözlərinə görə, Yevlax şəhərinin daha da abadlaşması və gözəlləşməsi istiqamətində xeyli iş görülməlidir, şəhərdəki mövcud istirahət parkları yenidən qurulacaq: “Məqsədimiz Yevlaxdakı parkların böyük şəhərlər səviyyəsindən də üstün olmasına nail olmaqdır. Şəhərdaxili yollar, küçə və meydanlar da mərhələlərlə günün tələblərinə uyğun təmir ediləcək. Bu il Kamil Sabitov küçəsinin yenidən qurulması nəzərdə tutulur".

Məlumat verilib ki, Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədilə dövlət başçısının Sərəncamına əsasən 5 milyon manat vəsait ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir. Rayonun 3 kəndində qazlaşma işləri aparılır, yaxın günlərdə Bəydili kəndində də bu işlərə başlanacaq və beləliklə, rayondakı 50 yaşayış məntəqəsindən hamısı təbii qazla təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR