Yol hərəkəti təhlükəsizliyi sahəsində internet məkanında baş verən proseslər izləniləcək

Yol hərəkəti təhlükəsizliyi sahəsində internet məkanında baş verən proseslər izləniləcək
  • Clock-gray 18:06
  • calendar-gray 02 İyun 2020

Yol hərəkəti təhlükəsizliyi sahəsində virtual məkanda baş verən proseslər izləniləcək. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq internet resurslarından aktiv və səmərəli istifadə edilməsi, bu sahədə mövcud imkanlardan yararlanması, gənc nəslin maraqlarını nəzərə almaqla təbliğat xarakterli yeni internet səhifələrinin yaradılması, yol hərəkəti təhlükəsizliyi sahəsində virtual məkanda baş verən prosesləri izləməklə antitəbliğat xarakterli informasiyaların yayılmasının qarşısının alınması üçün təşkilati-hüquqi vasitələrdən istifadə edilməsini təmin etməlidir.

 

apa-logo-mini

Digər xəbərlər