Yol mədəniyyətinin inkişafı üçün animasiya, qısametrajlı filmlər çəkiləcək

Yol mədəniyyətinin inkişafı üçün animasiya, qısametrajlı filmlər çəkiləcək
  • Clock-gray 17:51
  • calendar-gray 02 İyun 2020

Cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə audiovizual əsərlərin, o cümlədən animasiyanın, tanıtım çarxlarının, qısametrajlı filmlərin çəkilməsi, metodiki və təbliğat-təşviqat məzmunlu nəşrlərin hazırlaması, bu sahədə sosial şəbəkələrin imkanlarından, vizual effektlərdən geniş və davamlı şəkildə istifadə ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Federasiyası, Milli Televiziya və Radio Şurası, Bakı Nəqliyyat Agentliyi  bu tədbirləri mütəmadi olaraq təmin etməlidir.

 

 

apa-logo-mini

Digər xəbərlər