Yüzdən çox kubalı tibb işçisi koronavirusla mübarizə üçün Azərbaycana yola düşüb

Yüzdən çox kubalı tibb işçisi koronavirusla mübarizə üçün Azərbaycana yola düşüb
# 06 noyabr 2020 10:51 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dəstək üçün 118 kubalı tibb işçisi Azərbaycana yola düşüb.

APA-nın “Prensa Latina” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 48-i həkim-mütəxəssis, 70-i isə tibb bacısı və qardaşıdır.

Tibb işçiləri Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində Kubanın təcrübəsini bölüşəcəklər.

Qeyd edək ki, bundan əvvəl Kubadan olan bir qrup tibb işçisi COVID-19-la mübarizədə dəstək üçün Azərbaycanda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR