Zaur Əliyev: "Regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil"

Zaur Əliyev: "Regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil"
# 20 fevral 2020 11:56 (UTC +04:00)

"Regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil. Bunu bilirik".

APA-nın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Agentliyin səlahiyyətləri məhdudur: "Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə avadanlıqlar yetərli səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə, müayinə aparmaqda çətinlik çəkirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR