Zəfər Günü qeyri-iş günü olacaq

Zəfər Günü qeyri-iş günü olacaq
# 12 yanvar 2021 21:09 (UTC +04:00)

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qanunun qəbulu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Hər il noyabrın 8-i Zəfər Günü olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR